Ernani Pereyra türk komandasına keçdi
07.07.2010 - 15:58
“Azərbaycanın “Karvan” klubunda oynayan Ernani Pereyra ilə daha öncə prinsipial anlaşmamız vardı. Onunla rəsmi müqavilə də imzalamışıq”. Apasport.az. saytının məlumatına görə, bu fikirləri Türkiyənin “Mersin İdman Yurdu” klubunun prezidenti Əli Qəhrəmanlı deyib.
Mövsümlərarası fasilədə yığmamızın sabiq futbolçuları İlqar Qurbanovla braziliyalı Ernani Pereyranı heyətinə qalan birinci liqa təmsilçisi növbəti mövsümdə Superliqaya çıxmağa iddialıdır. Qəhrəmanlı rəqabəti yüksək olan güclü kollektiv yaratmaq istəyir: “Ernaninin oynadığı müdafiənin mərkəzinə axtarışlarımızı davam etdiririk. Bir çox klubların transfer siyahısında yer alan “Kocaelispor”dan Aydın Yıldırımı sınaqdan keçirmək üçün hazırlığımıza dəvət etmişik. Onunla bağlı son qərarı baş məşqçimiz Yüksəl Yeşilova verəcək. Heyətimizdə futbolçuların sayını Avstriya toplanışına qədər 25-ə çatdıracağıq. İdeal heyət qurmaq istəyirik. İndi heyətinə görə Bank Asiya birinci liqanın ən iddialı klublarından biriyik”.

0
0