“Olimpik-Şüvəlan” mərakeşli futbolçu ilə müqavilə imzalayacaq
07.07.2010 - 16:33
“Olimpik-Şüvəlan” mərakeşli futbolçu ilə müqavilə imzalayacaq
“Komandamız gündə iki dəfə məşq edir. MOİK-lə oyunda meydana əsasən baxışda olan futbolçuları buraxmışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanov deyib.

Yeni mövsümün hazırlığını paytaxtda həyata keçirən “təyyarəçilər”in düşərgəsinə İrandan futbolçu gəlib. Nazim Süleymanov MOİK-lə oyunda meydana çıxmaq şansı verdiyi Mehdi Qiyabani özünü yaxşı tərəfdən göstərə bilməyib. Baş məşqçi onu iyulun 9-da “Simurq”la keçiriləcək oyunda da sınamaq istəyir.

Yeri gəlmişkən, MOİK-lə oyunda iştirak edən mərakeşli Zoahir Benoahi Süleymanovun etimadını doğruldub. Onunla müqavilə imzalanacağı gözlənilir. Artıq futbolçu ilə danışıqlar aparılır. O cümlədən, bir müddət əvvəl “Olimpik-Şüvəlan”ın hazırlığında iştirak edən albaniyalı futbolçularla da danışıqlar qapanmayıb.