Vurğun Hüseynov əsgərlikdən qayıtdı
07.07.2010 - 23:03
“Hərbi xidməti başa vurdum. Dünən tərxis olunmuşam. Bir müddət istirahət edəcəyəm. Düzdür, əsgər olarkən fərdi məşq etmişəm. Amma o məşqlə klub səviyyəsində məşq tamam fərqlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Vurğun Hüseynov deyib.
Son mövsümü “Qəbələ” klubunun heyətində keçirən və çempionat başa çatdıqdan sonra “Xəzər-Lənkəran”la anlaşan müdafiəçinin işi bir qədər dolaşığa düşüb. Belə ki, futbolçu müqavilə ilə “Turan”a məxsusdur və Qəbələ təmsilçisində icarə əsasında çıxış edib. Daha sonra isə futbolçu “Xəzər-Lənkəran”la müqavilə imzalayıb. Lakin “Turan” rəhbərliyi onu heyətində saxlamaq niyyətindədir: “Məsələ açıq qalıb. Mən “Xəzər-Lənkəran”da oynamaq istəyirəm. Klubla artıq müqavilə bağlamışam. Hər iki klubun rəhbərliyi danışıqları davam etdirir. Yəqin yaxın vaxtlarda ortaq məxrəcə gələcəklər”.
Müdafiəçi bu gün “Xəzər-Lənkəran”la “Olimpiya” arasında keçiriləcək oyunla bağlı fikirlərini də açıqlayıb: “Moldovada keçirilən oyunu izləyə bilmədim. Lənkəran gedib, komandamın oyununa stadiondan tamaşa edəcəyəm. İnşallah, udub, mərhələ adlayan tərəf biz olarıq. “Xəzər-Lənkəran”ın buna gücü çatar”.

- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
0
0