“Xəzər-Lənkəran”da daha bir braziliyalı
07.07.2010 - 23:07
“Xəzər-Lənkəran”da daha bir braziliyalı
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Xəzər-Lənkəran” heyətini formalaşdırmaq yönündə axtarışlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, orta sahədən hələ də tam razı qalmayan Ağasəlim Mircavadov daha bir yarımmüdafiəçini baxışa dəvət edib. Bu artıq komandanın düşərgəsində olan braziliyalı Lino Hiberodur.

Hibero “Xəzər-Lənkəran”a gələnədək, vətənində çıxış edib. Linonun sonuncu klubu “Krikiuma Esporte Klab” olub. Bu komanda Braziliya çempionatının C seriyasında çıxış edir.

Qeyd edək ki, məhsuldarlığı ilə də seçilən yarımmüdafiəçi bu il artıq bir neçə dəfə komandasının qollarının müəllifi də olub.