Yenə böyük hesablı qələbə
07.07.2010 - 23:01
Yenə böyük hesablı qələbə
Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Çernoqoriya çempionu “Rudar” cavab oyununda da San-Marinonun “Tre Fiori” klubundan güclü olub.

Ötən həftə səfərdə 3:0 hesabı ilə qalib gələn sabiq yuqoslaviyalılar bu dəfə də böyük hesabla qalib gəlib – 4:1.

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu


“Rudar” (Çernoqoriya) – “Tre Fiori” (San-Marino) – 4:1

Rangeloviç, 7, 68, Vlaoviç, 84, Yovanoviç, 86 – Vannoni, 29
İlk oyun – 3:0

Qeyd edək ki, “Rudar” II təsnifat mərhələsində Bolqarıstanın “Liteks” klubu ilə görüşəcək.