“Lex”ı Avstriyadan məğlub yola saldılar
07.07.2010 - 23:12
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə qarşılaşacaq “Lex” növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Polşa çempionu Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində Çexiyanın “Slaviya” klubu ilə görüşüb. Bundan əvvəlki qarşılaşmada Xorvatiyanın “Dinamo” komandasına uduzan (1:2) Yatsek Zelinskinin yetirmələri yenə meydanı məğlub tərk ediblər – 0:2.
Çexiyalıların qollarını 36-cı dəqiqədə Vlçek, 67-ci dəqiqədə isə Hora vurub. “Lex”in Avstriyadakı son yoxlama oyununda Zelinski 18 futbolçuya şans verib.
Qeyd edək ki, “İnter” və “Lex” arasında ilk oyun iyulun 13-də Bakıda keçiriləcək.

- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
0
0