Sergey Paşenko: Mən “Jabulani”ni ilk dəfə Lənkəranda gördüm
08.07.2010 - 10:03
“Lənkərandakı oyunda müsbət nəticə gözləyirəm. Hər halda, biz buna köklənmişik və mərhələ keçmək istəyirik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsində rəqibi olan Moldovanın “Olimpiya” klubunun qapıçısı Sergey Paşenko deyib.
O bildirib ki, Kişinyovdakı qolsuz heç-heçədən sonra növbəti mərhələyə çıxmaq şansları az deyil: “Şansları bərabər sayıram. Top yumru, meydan düzdür. Hər şey öz əlimizdədir. İlk görüşdə pis oynamadıq. Heç kim qalib gəlmədi, uduzmadı da. Buna görə cavab görüşünə ümid bağlayırıq”.
Paşenko DÇ-2010-da oynayan “Jabulani” topu ilə oynamadığını söyləyib. Qapıçı onu ilk dəfə Lənkəranda gördüyünü deyib: “Əlbəttə, təəssüratlarım heç də yaxşı deyil. Hərçənd, hesab edirəm ki, bu top “Xəzər-Lənkəran”ın qapıçısı üçün rahat olmayacaq. İndi mən dünya çempionatındakı qapıçıları başa düşürəm. Özüm bunu hiss etdim. Topun trayektoriyası nəsə anlaşılan deyil. Ümid edirəm ki, mən tez-tez oyuna qoşulmalı, topla qarşılaşmalı, hiyləsini çəkməli olmayacağam. Fikrimcə, oyunda mənim üçün hər şey qaydasında olacaq. “Xəzər-Lənkəran”ın qapıçısı haqda isə bunu deyə bilmərəm”.

- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
0
0