“Biz “Dinamo” klubunun Azərbaycana gəlməməsi üçün hər şey edəcəyik”
08.07.2010 - 10:27
Rumıniyanın “Dinamo” klubunun baş məşqçisi İoann Andone Azərbaycana gəlmək istəmir. Apasport.az saytının məlumatına görə, Avroliqanın II təsnifat mərhələsində rəqibini gözləyən Buxarest təmsilçisinin çalışdırıcısı “Xəzər-Lənkəran”la yox, “Olimpiya” ilə görüşməyi arzulayır.
Andone bu gün Lənkəranda keçiriləcək görüşün moldovalıların xeyrinə başa çatacağına ümid edir. “Olimpiya”nın baş məşqçisi Nikolay Bunya da buna çalışacaqlarını söyləyib: “Biz Buxarest klubunun Azərbaycana gəlməməyi üçün hər şey edəcəyik. “Xəzər-Lənkəran”ı keçib, Avroliqanın II mərhələsinə çıxmaq niyyətimiz ciddidir. Bunun üçün aşa bilməyən maneələr yoxdur. Ümid edirəm ki, azarkeşlər oyundan sonra 5 il öncə olduğu kimi, bizi alqışlayacaqlar”.
Qeyd edək ki, Moldovanın “Nistru” klubu 2005-ci ildə UEFA kubokunda Moldovanın “Xəzər-Lənkəran”a Tofiq Bəhramov adına Respublika stadionunda 2:1 hesabı ilə qalib gəldiyi oyunda azarkeşlər rəqibi alqışlamışdılar.

0
0