“Xəzər-Lənkəran”ın məşqçisi: Moldova klubunu çalışdırmaq istərdim
08.07.2010 - 10:50
“Xəzər-Lənkəran”ın məşqçisi: Moldova klubunu çalışdırmaq istərdim
Ukraynalı mütəxəssis Yuri Panfilov “Xəzər-Lənkəran” klubundan getməyə hazırdır. Apasport.az saytının məlumatına görə, cənub komandasının futbol akademiyasına rəhbərlik edən 49 yaşlı çalışdırıcı Moldova təmsilçisi “Olimpiya”nı Lənkəranda görəndə duyğulanıb. Çünki Panfilov vaxtilə “Olimpiya”nın sələfi olan Beltsının “Zarya” klubunun şərəfini qoruyub: “Xəzər-Lənkəran”la “Olimpiya” arasında qalmışam. Beltsıdakı futbol karyeramı yaxşı xatırlayıram. Moldovaya sevinclə qayıdardım. Bu ölkənin milli diviziya klublarından birinə rəhbərlik etmək istərdim”.

Qeyd edək ki, Panfilov ötən ilin yayından Lənkəranda çalışır. O, “Xəzər-Lənkəran”ın əvəzedici komandasını da çalışdırıb.