Rail Məlikov rumıniyalı hakimləri günahlandırdı
08.07.2010 - 11:51
“İyulun 1-də Avstriyaya gəldik. 2 gün sonra isə ilk hazırlıq matçında "Beşiktaş"la qarşılaşdıq. Həmin oyunadək Avstriyada artıq bir neçə dəfə məşq etmişdik. Türkiyə komandası ilə görüşdə rəqibdən heç bir opponentdə geri qalmadıq. Yəni az müddət məşq etsək də, bunun bəhrəsini gördük. Bir sözlə, təlim-məşq toplanışı yüksək səviyyədə davam edir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun futbolçusu Rail Məlikov deyib.
Hazırda Avstriyanın Tirol vilayətində hazırlıq keçən paytaxt təmsilçisinin müdafiəçisi ikinci yoxlama oyununda Rumıniyanın “Otselul” klubuna böyük hesablı məğlubiyyətə aydınlıq gətirib: “Matçın başlamasına az bir vaxt qalmış bizə bildirdilər ki, hakimlər briqadası Rumıniyadandır. Təbii ki, görüş başlayan kimi rumın hakimlər "Otselul"un kobud futboluna göz yumaraq, tərəfkeşlik etməyə başladı. Hətta buna dözməyən Rəşad Abdullayev etiraz etdikdə, ona qırmızı vərəqə göstərdilər. İlk qolun vurulmasından əvvəl qayda pozuldu, ancaq hakimin fiti susurdu. İkinci qolda isə penaltidən söhbət belə gedə bilməzdi, çünki qayda pozuntusu cərimə meydançasından kənarda idi. Üçüncü qolu isə rəqibi cəzalandırmağa yaxın olarkən buraxdıq”.
Məlikov klubun saytına müsahibəsində bildirib ki, üçüncü sınaq matçını da rumınlara qarşı keçirəcəklər: “İyulun 9-da “Kluj”la qarşılaşacağıq. Düşünürəm ki, belə güclü komandalarla qüvvəmizi sınamağımız bizim xeyrimizədir”.
Qeyd edək ki, “Neftçi” Avstriyada ilk yoxlama matçında “Beşiktaş”la heç-heçə (1:1) oynasa da, “Otselul”a böyük hesabla uduzub – 0:3.

0
0