“Qarabağ” mərhələ keçdi! “Xəzər-Lənkəran” mübarizəni dayandırdı
08.07.2010 - 21:46
Bu gün Avropa Liqasında I təsnifat mərhələsi çərçivəsində cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlarda sərfəli nəticə qazanan iki komandamız da meydana çıxıb. Amma bu klublardan biri mərhələ adlayıbsa, digəri mübarizəni dayandırıb.
“Qarabağ” Bakıda darmadağın etdiyi “Metallurq”a bu dəfə də gücünü göstərib. Ağdamlılar ilk oyunda 4:1 hesabı ilə məğlub etdiyi makedoniyalılar üzərində Skopyedə də qələbəyə yaxın olsalar da, sonra heç-heçə ilə kifayətləniblər. Komandamızın heyətində Emin İmaməliyev hesabı açsa da, sonra meydan sahibləri tarazlığı bərpa ediblər.
Digər təmsilçimiz “Xəzər-Lənkəran” isə tarixi şansı əldən verib. Cənublular Kişinyovda heç-heçə (0:0) etdiyi “Olimpiya” ilə görüşdə məğlubiyyətdən canını zorla qurtarıblar. Hər iki oyunda bərabərlik qeydə alınsa belə, rəqib meydanında vurulan qol sayəsində moldovalılar növbəti mərhələyə adlayıblar.
Avroliqa, I təsnifat mərhələsi
Cavab görüşləri
8 iyul
20:00. “METALLURQ” (MAKEDONİYA) – “QARABAĞ” (AZƏRBAYCAN) - 1:1
QOLLAR: Krstev, 79 - Emin İmaməliyev, 69
Baş hakim: Andri Şandor (Ukrayna)
Skopye. “Filip II Arena”
İlk oyun – 1:4
“METALLURQ”: 12.Nokov Trajhce, 5. İgor Kralevski, 28.Miroslav Vays, 22.Blagojche Damevski, 21.Mile Petovski, 4.Ertan Demiri, 11.Vasko Mitrov, 20.Mile Kristev, 10.Milan Djuriç, 8.Marko Kostençovski, 9.Jovan Kostovski.
“QARABAĞ”: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 4.Zaur Həşimov, 5.Maksim Medvedev, 6.Rəşad Sadiqov, 7.Namiq Yusifov, 10.Emin İmaməliyev, 13.Samir Abasov, 14.Rəşad Sadıqov, 22.Əfran İsmayılov, 77.Georgİ Adamiya.
21:00. “XƏZƏR-LƏNKƏRAN” (AZƏRBAYCAN) – “OLİMPİYA” (MOLDOVA) 1:1
QOL: lalin, 77 - Jeron, 13
Baş hakim: Vital Sevastsyanik (Belarus)
Lənkəran. Mərkəzi stadion
İlk oyun – 0:0
“ХƏZƏR-LƏNKƏRAN”: Kamran Ağayev, Elvin Beçiri, Elnur Allahverdiyev, Radomir Todorov, David İmedaşvili, Devran Ayhan, Rahid Əmirquliyev, Dieqo Souza, Zaur Ramazanov, Allan Lalin, Emeka Opara.
“OLİMPİYA”: Sergey Paşenko, Cud Oqada, Nikola Orlovski (k), Georgi Ovsyannikov, Jan Robens Jerom, Andrey Tkaçuk, Aleksandr Keltuyale, İbrahim Kamara, Mixail Paçesinyus, Eduard Valyuta, Culius Adamarola
0
0