Şafer “Köln”ün 2,5 milyon avroluq futbolçusunu alır
08.07.2010 - 12:25
Azərbaycan kubokunun son qalibi “Bakı” Bundesliqadan növbəti transfer reallaşdıra bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, ölkəmizi Avroliqada təmsil edəcək paytaxt təmsilçisinin baş məşqçisi Vinfred Şafer “Köln” klubunun nigeriyalı futbolçusu Manasseh İşiakunu (28 oyun, 1 qol) almaq istəyir.
Alman həmkarlarımızın yazdığına əsasən, Şafer kölnlülərin iki il əvvəl 2,5 milyon avroya aldığı 27 yaşlı hücumçuya təklif irəli sürüb. Avroliqaya Almaniyada hazırlaşan “Bakı” bu gün sonuncu yoxlama oyununu elə “Köln”lə keçirəcək.
Şafer az öncə vaxtilə rəhbərliyi altında oynamış Joze Epalleni “Bohum”dan transfer edib. “Bakı”nın hücumçu axtardığını və Şaferin transferlərinin daha çox afrikalılar olduğunu nəzərə alsaq, Manassehin keçidi real görünür.
Qeyd edək ki, 1,83 metr boya malik nigeriyalının karyerası Belçika və Almaniya klubları ilə bağlı olub. O, “Brügge” (2005-07, 52 oyuna 12 qol), “Duysburq”da (2007-08, 25 oyun 10 qol) da oynayıb. İşiaki 2007-ci ildən cəlb olduğu yığmasında 4 oyuna 1 qol vurub.

0
0