“İnter”də məndən nə tələb olunduğunu bilirəm” - MÜSAHİBƏ
08.07.2010 - 13:38
“İnter”də məndən nə tələb olunduğunu bilirəm” - MÜSAHİBƏ
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “İnter” klubunun yeni transferi, bolqarıstanlı futbolçu Jivko Jelevin müsahibəsi

- Bolqarıstanda yeni klubunuz “İnter”in heyətində hazırlıq keçdiniz. Komandada ab-havaya uyğunlaşmısınızmı?
- Bəli. Artıq yeni komanda yoldaşlarımla tanış olmuşam. Ümid edirəm ki, Bakıya qayıdandan sonra da uyğunlaşma ilə hansısa problem olmayacaq.

- Yəqin ki, həmyerliniz Petar Zlatinov sizə kömək edir?
- Əslində, Petar “İnter”ə gəldiyim ilk gündən mənə çox kömək edir. Zlatinova minnətdaram. Böyük ənənələri olan “İnter” Azərbaycandan ən məşhur komandalardan sayılır. Ötən mövsüm çempionatın qalibi olublar. İndi komandamızı Çempionlar Liqasının təsnifat mərhələsində sınaq gözləyir.

- Turnirdə şanslarınızı necə qiymətləndirirsiniz?
- Bu haqda danışmaq istəmirəm. Çətin olacağını bilirik. “Lex” də yaxşı komandadır. Ümid edirik ki, zədə olmayacaq və məşqçi hamıya bel bağlayacaq.

- Klubun prezidenti bolqarıstanlı Georgi Nikolovdur. Onunla söhbətləşmək imkanınız olur?
- Bəli. Biz müqavilənin detallarını müzakirə edib, müqavilə bağladıq. Hamı bilir ki, mən futbolçu kimi öz işimi görürəm. Rəhbərlik də öz öhdəçiliyini yerinə yetirir. Əvvəllər də xaricdə oynamışam və məndən nə tələb olunduğunu bilirəm. Çalışacağam ki, öz bacarığımızı göstərim və gözlənilənləri verim.

- Üç il oynadığınız Rumıniyanı tərk edəndən sonra digər variantlarınız oldu. Sizi məhz “İnter”i seçməyə nə vadar etdi?
- “Styaua” ilə müqaviləni pozandan sonra çoxlu təkliflərim var idi. Sonda “İnter”i seçdim. Ancaq bunun səbəbini özümdə saxlamağı üstün tuturam. Fikrimcə, düzgün seçim etmişəm və ailəm Bakıda rahat olacaq.

- Siz “Styaua”da yaxşı oynasanız da sonradan işləriniz pis getdi?
- Bunu “Styaua” rəhbərliyi deyə bilər. Mən sadəcə, futbolçuyam. Həmin dövrə qayıtmaq istəmirəm. Peşəkar kimi öz işimi vicdanla görmüşəm. Hətta bəzi oyunlarda zədəli çıxış etmişəm. Ancaq futbolçulara qarşı münasibəti bu klubun adına, ənənələrinə uyğun gəlmir.

- Yenidən “Styaua” ilə iş görmək istəyirsiniz?
- Gec-tez pulumu alacağam. Qazandığımdan imtina etmək fikrim yoxdur. Tədbir görmüşəm, hüquqlarımı məhkəmədə müdafiədə edəcəyəm. Mənə dəxli yoxdur ki, bu, “Styaua”dır, Buxarestdə ən sevimli klubdur.

- Hər “transfer pəncərəsi” dövründə adınız MOİK və “Levski” ilə bağlı olur. Bu komandalara keçidiniz mümkündür?
- Şadam ki, Bolqarıstanın iki böyük klubu məni heyətində görmək istəyir. Ancaq mən insanları lazımsız qıcıqlandırmaq üçün məsələnin təfərrüatını varmaq istəmirəm.

- Yenidən xaricə yollanandan sonra Bolqarıstan səhifəsiniz bağladınız?
- İstənilən halda, yox. “İnter”lə müqaviləm bir illikdir. Bundan sonra Bolqarıstana qayıtmağı qərara almışam. Mən daha bir neçə il futbol oynamaq istəyirəm. Gec-tez geri dönəcəyəm.