Kriştianu Ronaldo oğluna öz adını verdi
08.07.2010 - 13:55
Dünyanın ən bahalı futbolçusu Kriştianu Ronaldo yeni doğulan övladına öz adını verib. Apasport.az saytının məlumatına görə, iyunun 17-də ABŞ-da anadan olan uşaq da Kriştianu Ronaldo adını daşıyacaq.
Bu haqda açıqlama verən futbolçunun bacısı Katya seçimi belə izah edib: “Qardaşım adı özü seçib. Ancaq bizim də Kriştianu adı xoşumuza gəlir. Qardaşım öz şərəfinə onu belə adlandırmağı qərara alıb. Onların oxşar gözləri var. Uşaq özünü yaxşı hiss edir. Biz onun anasının kim olduğu bilmirik. Həmin qadını bir dəfə də görməmişik. Kriştianu nə qədər ki Mayamidə istirahət edir, uşağa baxacağıq”.
Qeyd edək ki, 25 yaşlı portuqaliyalı futbolçu hazırda ABŞ-da məzuniyyətini rəfiqəsi, rusiyalı model İrina Şeyklə birgə keçirir.

0
0