“Lex”lə görüş hansı gücdə olduğumuzu göstərəcək”
08.07.2010 - 15:26
Bakının “İnter” klubunun futbolçusu Camal Məmmədovun apasport.az saytına müsahibəsi
- Komandanız Bolqarıstanda təlim-məşq toplanışını başa vuraraq, Bakıya qayıtdı. Hazırlıq necə keçdi?
- Yüksək səviyyəli məşqlər oldu. Təlim-məşq toplanışı ilə yanaşı, bir neçə yoxlama görüşündə qüvvəmizi sınadıq. Düşünürəm ki, Çempionlar Liqasının II təsnifat mərhələsi ərəfəsində yaxşı təlim-məşq toplanışı oldu.
- Hazırlıq prosesində əsasən nəyə üstünlük verirdiniz?
- Əsas fiziki hazırlıq üzərində çalışırdıq. Bakıda toplanan zaman da fiziki hazırlığa xüsusi əhəmiyyət verirdik. Bolqarıstanda gündə iki dəfə məşq edirdik. Səhər topsuz, axşam məşqində isə topla çalışırdıq. Məşqçinin verdiyi taktikaya uyğun məşq edirdik.
- Yoldaşlıq görüşləri ilə bağlı nə deyə bilərsiniz? Bir qədər zəif rəqiblərlə qarşılaşdınız. Düşünmürsünüz ki, bu amil əleyhinizə işləyər?
- Baş məşqçi Kaxaber Sxadadze heyətdəki hər bir futbolçunun son hazırlığını nəzərdən keçirirdi. Rəqibin zəif və ya güclü olmasının elə bir əhəmiyyəti yoxdur. Əsas odur ki, məşqçi hazırlığın hansı səviyyədə getdiyini aydınlaşdıra bildi. Həmçinin, heyətə yeni gələn futbolçularla köhnələr arasında oyun oldu. “Lex”lə görüş necə hazırlaşdığımızı, hansı gücdə olduğumuzu üzə çıxaracaq. İndidən mənim nəsə deməyim düz çıxmaz.
- Komandaya tam uyğunlaşa bilmisinizmi?
- Sxadadze ilə “Standard”da da birlikdə çalışmışıq. Əla kollektivimiz var. Uşaqların çoxu ilə tanışam, birlikdə oynamışıq. Nəsə çətinlik olacağını zənn etmirəm. Özümü “İnter”in bir parçası hesab edirəm.
- Baş məşqçi Kaxaber Sxadadze ilə fərdi söhbətiniz olubmu? Sizdən nə tələb edir?
- Bəli, komandaya transfer olunandan sonra baş məşqçinin məndən nə istədiyini, tələb etdiyini bilirdim. Fərdi söhbətimiz zamanı mənə psixoloji dəstək verdi.
- Necə düşünürsünüz, Sxadadze istədiyi oyun üslubunu komandaya tam aşılaya bilibmi?
- Baş məşqçinin komandaya aşılamaq istədiyi oyun üslubu çox yaxşıdır. Keçən il “İnter”in neçə futbol oynadığını hamı gördü. Bu il də eyni taktika, eyni oyun üslubu ilə oynayacağıq.
- Rəqib “Lex” haqda informasiyanız varmı? Misal üçün, oyunlarını izləmisinizmi?
- Xeyr, biz oyunlarını izləməmişik. Ancaq məşqçilər korpusu “Partizan”la oyunlarını izləyib. Biz futbolçular isə internetdən rəqib haqda nəsə öyrənməyə çalışırıq. Qarşıda klubdaxili toplantı olacaq. O zaman “Lex”in oyunlarını izləyib, təhlillər aparacağıq.
- Məşqçilər korpusu qısa da olsa, siz futbolçulara onların oyun üslubu barəsində məlumat veriblərmi?
- Bəli, həmin “Partizan”la oyundan sonra “Lex”in nəyə qadir olduğunu, hansı mövqelərinin inamlı təsir bağışladığını bildirdilər. “Lex” güclü komandadır.
- Çempionlar Liqasında əsas məqsədiniz nədir? Sizcə, “İnter” “Lex” kimi güclü komandanı mübarizədən kənarlaşdırmaq iqtidarındadırmı?
- Əlbəttə, məqsədimiz odur ki, “Lex” səddini aşaq. Bakıdakı oyunda qələbə qazanmalıyıq.
- Komandanızı məsul yarışa tam hazır hesab etmək olarmı?
- Məncə, komanda oyuna hazırdır. Fiziki cəhətdən çox yaxşı hazırlaşmışıq. Hələ oyunun vaxtına var. O vaxta qədər də taktika üzərində çalışacağıq. Uşaqlar biri-birilərinə uyğunlaşıblar. Əsas odur ki, ötən mövsüm çıxış edən heyət qorunub, saxlanılıb. Bu da “İnter” üçün üstünlük hesab olunmalıdır.
- Bolqarıstandakı hazırlıqdan sonra sizə istirahət veriblər?
- Xeyr, dünən Bakıya düşmüşük bu gün məşqimiz var. Oyundan sonra istirahət edəcəyik. İndi istirahət etmək vaxtı deyil.
- Futbolçuların meydançaya uyğunlaşması üçün Respublika stadionunda yoldaşlıq görüşü keçirmək planınız varmı?
- Onu bilmirəm. Yəqin ki, bugünkü məşqdə qarşıdakı bir həftənin proqramını deyərlər. Məşqçilər korpusunun nə fikirləşdiyini bilmirəm. Yəqin ki, lazım olsa yoldaşlıq görüşü təşkil edərlər.
- Sizi növbəti mövsüm əsas heyətdə görə biləcəyik, yoxsa yenə ehtiyatda qalacaqsınız? Bu barədə baş məşqçi ilə söhbətiniz olub?
- Xeyir, bununla bağlı onunla heç bir söhbətim olmayıb. Əlimdən gələni edirəm və edəcəyəm ki, əsas heyətdə yer alım. Biz futbolçuyuq və daim əsas heyətdə oynamaq istəyirik. “İnter”ə elə-belə gəlməmişəm. Ehtiyatda oturmaq fikrim yoxdur. Düzdür, son mövsümü normal futbol oynamadan keçirdim. Bir az praktikam azdır. Yavaş-yavaş formaya düşürəm. Düşünürəm ki, rahat oynaya bilərəm. Çünki Sxadadzenin taktikası mənə rahatdır.
- “İnter”in yeni transferi - Jivko Jelev haqda fiktiniz necədir? Komandaya fayda verə biləcəkmi?
- Müdafiəçidir, oyunlarda, məşqlərdə pis təsir bağışlamadı. Düzdür, cəmi 1 həftə bizimlə məşq etdi, amma belə müşahidələrimə əsasən yaxşı futbolçu olduğunu deyə bilərəm. Bir qədər zamana ehtiyacı var ki, komandaya tam uyğunlaşsın.
- Azarkeşlər Çempionlar Liqasının II təsnifat mərhələsində “Lex”lə Bakıdakı oyundan “İnter”dən nə gözləsinlər?
- Qələbə! Ancaq qələbə! Elə hiss edirəm ki, meydana çıxan hər bir futbolçu komandanın qələbə qazanması üçün canını qoyacaq. Xüsusən, evdə doğma azarkeşlər qarşısında gözəl futbol nümayiş etdirib qələbə qazanmalıyıq.

0
0