Əfran İsmayılov: Əsasən, müdafiəyə diqqət yetirəcəyik
08.07.2010 - 15:47
“Komandamız oyuna tam hazırdır. Artıq matçın başlama vaxtını gözləyirik”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov deyib.
Bu gün Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Makedoniyada “Metallurq” komandası ilə qarşılaşacaq təmsilçimiz əsasən müdafiəyə diqqət yetirəcək. Bakıda keçirilmiş ilk oyunda komandasının ikinci qoluna imza atan gənc yarımmüdafiəçisi əks-hücumlarda rəqibi cəzalandırmağa çalışacaqlarını deyib: “Əsasən müdafiəyə daha çox diqqət yetirəcəyik. Rəqibin qol vurmaq üçün üzərimizə gələcəyini bilirik. Biz də əks-hücumlarla onların müdafiə xəttindəki boşluqlardan istifadə etməyə çalışacağıq”.
Əsas heyət üzvlərindən zədəli Ansi Aqolli və ilk oyunda qırmızı vərəqə alaraq, komandasının azlıqda qoyan Admir Teli cavab qarşılaşmasında “Qarabağ”a kömək edə bilməyəcək. Bunlardan başqa, komanda da ciddi itki yoxdur: “Admir Teli və Ansi Aqolli bu oyunda bizə kömək edə bilməyəcəklər. Ancaq onların boşluğunu dolduran futbolçularımız var”.

0
0