“İnter” iştirak ərizəsini UEFA-ya göndərdi
08.07.2010 - 16:01
“İnter” iştirak ərizəsini UEFA-ya göndərdi
Bakının “İnter” klubu Çempionlar Liqası (ÇL) üçün iştirak ərizəsini UEFA-ya göndərib. Apasport.az saytının məlumatına görə, 25 nəfərlik iştirak ərizəsində bir yer boş saxlayan son ölkə çempionumuz yeni transferlərini sifariş edib.

Bunlar arasında ən sonuncusu estoniyalı sol cinah oyunçusu Dmitri Kruqlov olub. “Neftçi”də çıxışı ilə tanıdığımız yığma üzvü “İnter”lə müqavilə bağlamaqla, keçidini rəsmiləşdirib.

Qapıçılar: 1. Georgi Lomaya, 42. Səlahət Ağayev, 72. Anar Məhərrəmov

Müdafiəçilər: 4. Danildo Assioli, 44. Valeri Abramidze, 15. Vladimir Levin, 88. Kaxaber Mjavanadze, J5. ivko Jelev, 18. İlya Kandelaki, 21. Arif Daşdəmirov, 84. Joze Maçado, 6. Dmitri Kruqlov

Yarımmüdafiəçilər: 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka, 19. David Odikadze, 11. Tofiq Mikayılov, 14. Petar Zlatinov, 9. Rövşən Əmiraslanov, 7. Nizami Hacıyev, 23. Şəhriyar Rəhimov

Hücumçular: 32. Robertas Poşkus, 20. Girts Karlsons, 17. Səbuhi İsmayılov, 16. Elnur Abdullayev
Qeyd edək ki, “İnter” iyulun 13-də Bakıda ÇL-nin II təsnifat mərhələsində görüşəcəyi Polşanın “Lex” klubu ilə oyuna bir gün qalmış daha bir futbolçu sifariş edə bilər.