“Qalatasaray”da iki yeni sima
08.07.2010 - 16:15
“Qalatasaray” daha iki transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi “Monako”dan kolumbiyalı Xuan Pablo Pino və “Sanderlend”dən Lorik Kana ilə müqavilə bağlayıb.
Yığma üzvləri olan bu futbolçular “Cim Bom”un orta sahəsini və hücum xəttini gücləndirməlidir. 27 yaşlı Kana dayaq yarımmüdafiəçisi mövqeyində, 23 yaşlı Pino isə cinahlarda və hücum xəttində boşluqları aradan qaldırmalıdır.
Uzun illər Fransada PSJ, “Marsel” kimi klublarda oynayan, ikincilərdə kapitan olan Kana “Qarabağ”dakı həmyerliləri Admir Teli və Anso Aqolli ilə yığmada komanda yoldaşıdır. Lorik yığmada ilk qolunu Azərbaycana vurub ki, türklər bunu xüsusilə qeyd edib. Bu, Albaniyanın 2005-ci ilin avqustun 17-də yığmamıza evdə 2:1 hesabı qalib gəldikləri yoldaşlıq görüşündə olub.

0
0