“Yunisoğlu “Terek”də qalmaq istəmədi”
08.07.2010 - 16:59
Rusiyanın “Terek” klubunun məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi
- Azərbaycan yığmasının müdafiəçisi Saşa Yunisoğlunu baxışa çağırmışdınız. Onun taleyinə aydınlıq gəlibmi?
- Bəli. Saşa iyulun 5-də düşərgəmizə gəlmişdi. Həmin vaxt çempionatda Nalçik “Spartak”ı ilə oyuna hazırlaşırdıq. Bu səbəbdən Yunisoğluya tam baxa bilmədik. Düzdür, məşqə çıxdı, amma biz ona daha rahat baxmaq istərdik. Bunu isə gələn həftə edə bilərik. Hazırda Nalçikdəyik və bu gün “Spartak”la oyunumuz var. Saşaya gələn həftəyə kimi düşərgəmizdə qalmağı təklif etdik. Ancaq getmək istədi və artıq sıralarımızda deyil.
- Səbəbini demədi?
- Sadəcə, dedi ki, getmək istəyirəm. Biz də onun qarşısını almadıq. İstənilən halda, biz Yunisoğlunun qərarına hörmət edirik.
- Yunisoğlu məşqlərdə özünü necə göstərdi?
- Deyə bilmərəm ki, nə yüksək, nə də aşağı səviyyədə. Hər halda, pis futbolçu olsaydı, Saşaya qalmağı təklif etməzdik. Sadəcə, futbolçunun hazırkı forması ilə bağlı problem var idi. Bu da onun bir aydır məşq etməməyi ilə bağlı idi. Biz də hər şeyi nəzərə alıb, ona yenə, daha yaxşı baxmaq istədik və bunu gələn həftə edə biləcəyimizi dedik. Ancaq Yunisoğlu həmin vaxta kimi gözləmək istəməyib, düşərgəmizi tərk etdi.
- Təbii ki, Saşanı yaxşı tanıdığınızdan, belaruslu baş məşqçiniz Anatoli Baydaçnıya məsləhət görmüşdünüz...
- Bizdə elə-belə heç bir futbolçunu dəvət etmirlər. Gərək, kimsə məsləhət görsün. Mən də Yunisoğlunu baş məşqçiyə məsləhət görmüşdüm. Əslində, biz onu hələ ötən ay çağırmışdıq. Sonradan onun mövqeyinə futbolçu götürmüşdük. Həmin müdafiəçi zədələndiyi üçün yenisini axtarmalı olduq və Saşaya müraciət etdik.
- Baydaçnının Yunisoğlu haqda təəssüratları necə idi? Bu haqda sizinlə fikir mübadiləsi apardımı?
- Saşada nizam-intizamla bağlı hər şey qaydasında idi. Futbolçu üçün insani keyfiyyətlər də vacibdir. Baş məşqçimiz buna xüsusi önəm verir. Yunisoğluda bu baxımdan da problem yox idi. Onda futbolçu üçün yaxşı fiziki göstəricilər var. Üstəlik, başla yaxşı oynayır ki, bu da müdafiəçi üçün vacib amillərdəndir. Baydaçnıya demişdim ki, Saşa yaxşı müdafiəçidir və ona baxmağa dəyər. O da təklifi qəbul edəndən sonra Yunisoğluya dəvət göndərdik. Əfsuslar olsun ki, yaxşı baxmağa imkanımız olmadı. İndi elə bir vaxtdır ki, fasilədən sonra çempionat bərpa olunur və əsas diqqəti komandanın hazırlığına yönəltmişik. Saşa nə əla, nə də pis təsir bağışladı, onunla yollarımızı normal ayırdıq.
- Belə demək olar ki, bu varianta qayıtmaq fikriniz yoxdur?
- Artıq bu məsələ qapanıb və ona bir daha qayıtmayacağıq. Bizə müdafiəçi lazımdır və həmin mövqeyə axtarışlarımızı davam etdiririk.
- Ola bilərmi ki, başqa müdafiəçimizə dəvət göndərəsiniz?
- Bizdə seleksiya işləri ilə məşğul olanlar şəxslər var. Onların vasitəçiliyi iki legioner gələcək.
- Hansı ölkələrdən?
- Uruqvay və Şotlandiyadan.
- Belə çıxır ki, Azərbaycandan daha bir futbolçunu sınamayacaqsınız?
- Yox. Yaxın gələcəkdə hansısa futbolçumuzun “Terek”ə gəlişi nəzərdə tutulmayıb. Rusiyada “transfer pəncərəsi” avqustun 1-də açılır, 31-də isə bağlanır. Həmin bir ayda transfer çalışmalarımızla məşğul olacağıq.

0
0