“Bakı”: Naci Şensoy heç vaxt baş məşqçi postuna namizəd olmayıb
08.07.2010 - 16:27
“Bakı”: Naci Şensoy heç vaxt baş məşqçi postuna namizəd olmayıb
Azərbaycanı Avroliqada təmsil edəcək “Bakı” klubu Naci Şensoyun açıqlamasına münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, son ölkə kubokunun qalibi vaxtilə “Turan”ı çalışdırmış türkiyəli mütəxəssislə heç vaxt danışıqlar aparmadığını bəyan edib: “Son günlər bəzi kütləvi informasiya vasitələrində “Bakı” futbol klubunun baş məşqçisi postuna Nacı Şensoyun gətirilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. Bildirmək istəyirik ki, "Bakı" futbol klubunun baş məşqçisi postuna namizədlər siyahısında Nacı Şensoyun adı heç vaxt olmayıb. "Bakı"nın rəsmilərindən onunla heç kim danışıq aparmayıb”.

Qeyd edək ki, Şensoy Bolqarıstan mətbuatına açıqlamasında “Bakı”dan gələn təklifi qəbul edərək, müqavilə bağlamağa hazırlaşdıqlarını, ancaq yığmamızın baş məşqçisi Berti Foqstun işə qarışaraq həmyerlisi, indiki çalışdırıcı Vinfred Şaferin tərəfini saxladığını bildirib.

Mənbə: fcbaku.com