Yatsek Jelinski: Bu, qısa zaman ərzində düzələn iş deyil
08.07.2010 - 17:32
“İnter”in Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Lex” Avstriyadakı təlim-məşq toplanışını başa vurub. Apasport.az saytının xəbərinə görə, cümə günü istirahət edəcək Poznan təmsilçisi Bakıya səfər etməzdən öncə şənbə və bazar son məşqinə çıxacaq.
Bu arada “Lex”in baş məşqçisi Yatsek Jelinski komandanın Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirib: “12 gün Avstriyada hazırlıq keçdik. Təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama görüşündə qüvvəmizi sınadıq. “Slovan Bratislava”, “Dinamo” Zaqreb, “Slaviya Praq” və “Partizan”la qarşılaşdıq. Özümüz güclü rəqiblərlə qarşılaşmaq istədik. Məhz bu cür güclü klublarla oyunlarda futbolçuların nəyə qadir olduqlarını görmək mümkündür. Hansı taktikanın bizə uyğun olduğunu nəzərdən keçirdik. Güclü rəqiblərlə qarşılaşmalarda çatışmazlıqların olduğunu etiraf etməliyəm. Komandaya daima pres edən, ötürmələrə üstünlük verən komandaya yaratmaq istəyirəm. Bu qısa zaman ərzində düzələn iş deyil”.
Müəyyən zamana ehtiyacları olduğunu bildirən Jelinskinin qeyd edib ki, Avstriyadakı toplanışdan razı qaldım.

0
0