“Bakı”nın sabiq futbolçusu həbs olundu - FOTO
08.07.2010 - 17:01
“Bakı”nın sabiq futbolçusu həbs olundu - FOTO
Tanınmış gürcüstanlı futbolçu Georgi Demetradze həbs olunub. Apasport.az saytının məlumatına görə, 2008/09 mövsümündə “Bakı” klubunun heyətində Azərbaycan çempionu olan 34 yaşlı hücumçu bu gün Gürcüstanda terrora qarşı mübarizə mərkəzinin əməkdaşları tərəfindən saxlanılıb.

Demetradze kriminalla əlaqələrdə və gizli totalizatorlarda iştirakda ittiham olunur. Məlumata görə, Georgi oğruluq edən şəxslərlə birgə totalizatorda udanlardan pul alırmış. Söhbət 100 min ABŞ dollarından artıq məbləğdən gedir.

Faktla bağlı cinayət işi açılıb və istintaq gedir. Əgər Demetradzeninin günahı sübut olunarsa, onu uzun müddətli - 3 ildən 10 ilədək həbs cızası gözləyir. Hücumçu ölkəmizdə çıxışını başa vurduqdan sonra vətənə dönərək, yüksək liqada Sxinvalinin “Spartak” klubunda oynayırdı.