“Xəzər-Lənkəran” Mircavadova əvəzləyici tapdı
08.07.2010 - 23:01
Ağasəlim Mircavadovun istefasından sonra “Xəzər-Lənkəran” klubunu çalışdıracaq məşqçi məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçisiz qalan komanda müvəqqəti olaraq Hafiz Əliyevə tapşırılıb. Lənkəran təmsilçisinin qapıçılarla işləyən məşqçisi yeni çalışdırıcı gələnədək komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, Əliyev artıq bir dəfə “Xəzər-Lənkəran”da baş məşqçi əvəzi olub. O, 2008/09 mövsümünün I dövrəsinin son turu ərəfəsində istefa verən Rasim Karanı əvəzləyib. İqor Ponomaryovun bu posta təyinatına kimi, Əliyev komandanı “Simurq”la Zaqataladakı çempionat oyununa (2:2) çıxarmışdı.

0
0