Mahir Şükürovun gözlənilməz Moskva səfəri
09.07.2010 - 09:28
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov Moskvaya yollanır. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçinin şərəfini qoruduğu Mahaçqalanın “Anji” klubu Premyer Liqanın XII turunda Moskva “Lokomotiv”i ilə sabahkı ev oyununu Rusiya paytaxtında keçirməli olacaq. Bununla bağlı qərar çıxaran Rusiya Futbol İttifaqı və Peşəkar Futbol Liqası komandalarının oyunlarının yerini dəyişdirib. Yəni təqvimə əsasən, oktyabrın 31-də Moskvada baş tutmalı oyun Mahaçqalada keçiriləcək.
Dəyişikliyə əsas səbəb isə “Anji”nin Mahaçqalada ev oyunlarını keçirdiyi “Dinamo” stadionunun qazonun yararsız vəziyyətdə olması və bu səbəbdən RFİ-nin orada görüş keçirməyə rəsmi şəkildə qadağa qoymasıdır.
Qeyd edək ki, “Anji” cari çempionatda artıq bir dəfə “Lokomotiv”in stadionunda oynayıb. Mayda “Spartak” rəqibini ev oyunlarını keçirdiyi “Lujniki”də yox, “Lokomotiv”in arenasında qəbul etməli oldu. Ancaq Hacıyev Şükürovu həmin görüşə aparmamışdı.

0
0