Zaur Ramazanovun seriyası qırıldı
09.07.2010 - 09:48
Zaur Ramazanovun seriyası qırıldı
“Xəzər-Lənkəran” klubunun hücumçusu Zaur Ramazanovun avrokuboklarda seriyası qırılıb. Apasport.az saytının hesablamalarına görə, 34 yaşlı futbolçu qitə miqyaslı turnirdə ilk mövsümdə qol vura bilməyib.

İndiyədək avrokuboklarda “Xəzər-Lənkəran”ın heyətində oynayan Ramazanov 4-cü mövsümünü keçirdi. O, 2005 və 2008-ci ildə UEFA kubokunda Moldovanın “Nistru” və Polşanın “Lex” klubuna səfərdə qol vurmuşdu. Zaur 2007-ci ildə Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə Bakıdakı görüşdə də rəqib qapısına yol tapmışdı. Bu görüşlərin hər birində komandasının yeganə qoluna Ramazanov imza atıb. İ

İki illik fasilədən sonra “Xəzər-Lənkəran”a qaytarılan Ramazanova böyük ümidlər bəslənilirdi. Ancaq bir ildən artıqdır qol vurmayan Zaurun formada olmamağı bir daha təsdiqləndi. Moldovanın “Olimpiya” klubu sürətli hücumçunun avrokuboklarda seriyasını bitirdi.