Növbəti dünya çempionatının loqotipi təqdim olundu - FOTO
09.07.2010 - 10:34
Növbəti dünya çempionatının loqotipi təqdim olundu - FOTO
Braziliya prezidenti Luis İnasiu Lula da Silva Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərindəki təntənəli mərasimdə 2014-cü il dünya çempionatının rəsmi loqotipini təqdim edib.

Lent.az-ın məlumatına görə, növbəti mundial məhz Braziliyada olacaq.

Emblem bir-birinə sarılan əllərin tutduğu futbol topundan ibarətdir. O, Braziliyanın bayrağındakı sarı və yaşıl rənglərlə bəzədilib. Ölkə prezidenti CAR-dakı mundialıln keçirilmə səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Afrika qitəsi tarixində ilk dünya çempionatına təşkilatçılıq vəzifəsini layiqincə yerinə yetirib. Braziliya isə növbəti mundiala hazırlaşarkən, bu təcrübəni öyrənərək, tətbiq edəcək.

Qeyd edək ki, öncədən Luis İnasiu Lula da Silvanın final matçında da iştirak edəcəyi bildirilirdi. Lakin Braziliya yığmasının məğlubiyyəti ölkə liderinin planlarını da pozub. Da Silva finaladək CAR-da qalmayacağını açıqlayıb.