Slavko Georgiyevski: İndi yeni “Neftçi” qurulur
09.07.2010 - 12:14
Slavko Georgiyevski: İndi yeni “Neftçi” qurulur
“Komandanın düşərgəsində az müddətdir olsam da, daxildə olan ab-havaya valeh olduğumu deməliyəm. Prezident başda olmaqla, klub rəhbərliyi, baş məşqçi Arif Əsədov kollektivdə əla atmosfer yaradıblar”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Neftçi” klubunun futbolçusu Slavko Georgiyevski deyib.

Klubun saytına açıqlamasında makedoniyalı müdafiəçi bildirib ki, “Neftçi”nin heyətində ulduz ola biləcək xeyli sayda gənc futbolçu var: “Baş məşqçimiz bu gənclərə xüsusi önəm verir. Hazırda demək olar ki, yeni komanda qurulur. "Neftçi"nin xeyli sayda azarkeş ordusu olduğunu eşitmişəm. "Neftçi" böyük klubdur, və biz çalışacağıq ki, öz oyunumuzla və qazandığımız nəticələrlə azarkeşlərimizi sevindirək. Artıq "Neftçi"ni seçməklə, doğru addım atdığımı gördüm”.