“Qarabağ” – “Portadaun” görüşünün vaxtı dəyişdirilir
09.07.2010 - 12:23
Ölkəmizi Avroliqada təmsil edən “Qarabağ” “Portadaun”la ilk oyununu Şimali İrlandiyada keçirəcək. Ağdam təmsilçisi iyunun 21-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında atılan püşkün nəticəsinə əsasən II mərhələdə də birinci görüşünü Bakıda keçirməli olsa da, bu, mümkün deyil. Apasport.az saytının xəbərinə görə, həmin gün iyulun 15-də “Bakı” Avroliqanın II mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda Çernoqoriyanın “Buduçnost” klubunu qəbul edəcək. Artıq xeyli müddətdir dəqiqləşən, hazırlıq görülən həmin oyunun zaman və məkanının dəyişdirilməsi qeyri-mümkündür. Çünki Avroliqada bütün oyunlar eyni gündə keçirilir. Bundan əlavə, ölkəmizi Çempionlar Liqasında təmsil edən “İnter” iyulun 13-də Polşanın “Lex” klubu ilə məhz Respublika stadionunda görüşəcək.
Deməli, avrokuboklarda ev oyunlarını eyni stadionda keçirən “Qarabağ”la “Bakı”nın II mərhələdə ilk oyunlarını evdə keçirməsi alınmır. Belə olan halda, ən optimal variant “Qarabağ”ın “Portadaun”la ilk görüşünü rəqib meydanında keçirməsidir və UEFA-nın da belə qərar çıxaracağı gözlənilir. Hər halda, belə vəziyyətlərdə məsələyə qarışan qitə futbol qurumu iki klubun razılığa əsasında yeri dəyişdirir. Necə ki, oxşar problem moldovalılarda olmuşdu və nəticədə “Olimpiya” “Xəzər-Lənkəran”la ilk oyununu püşklə nəzərdə tutulduğu kimi, səfərdə yox, evdə keçirdi.
Yeri gəlmişkən, “Xəzər-Lənkəran” mübarizəni dayandırandan sonra Lənkərandakı mərkəzi stadion boşalıb. Ancaq “Bakı” ilə “Qarabağ”la UEFA-ya göndərdiklərini sifariş vərəqələrində Respublika stadionunu göstərib. Hazırda isə ölkəmizə iki arena – Respublika və Lənkəran stadionu UEFA-nın avrokubok oyunu keçirmək üçün lisenziyasına malikdir.
Qeyd edək ki, UEFA hələlik “Qarabağ”ın II mərhələdə ilk oyununu Bakıda keçirəcəyini göstərib.

0
0