Andrey Rubin: Fikrimcə, “Qarabağ” şimali irlandiyalıları da keçəcək
09.07.2010 - 13:01
“Skonto”nun Şimali İrlandiyanın “Portadaun” klubuna məğlubiyyəti mənim üçün gözlənilməz oldu. Mən “Qarabağ”a keçidimin tezliklə baş tutub, həmyerlilərimə qarşı oynamaq istəyirdim. Riqa təmsilçisinin zəif rəqibə yeniləcəyi inandırıcı görünmürdü”. Bu fikirləri apasport.az saytına açıqlamasında Latviya yığmasının futbolçusu Andrey Rubin deyib.
Son iki mövsümdə şərəfini qoruduğu “İnter”i tərk edən təcrübəli sol cinah yarımmüdafiəçisi Avroliqada oynayan “Qarabağ”a keçməyə üstünlük verdi. Düzdür, Rubinin sözlərinə görə, hələ də keçidi baş tutmayıb və son danışıqlar üçün “İnter”in prezidenti Georgi Nikolovla “Qarabağ”ın Bakıya dönməsini gözləyir. Andrey uzun illər çıxış etdiyi “Skonto”ya qarşı oynaya bilməyəcəyinə görə üzülür: “Deməzdim ki, həmin görüş prinsipial xarakter daşıyardı. Sadəcə, ilk klubum, futbola başladığım “Skonto” ilə görüş mənim üçün xüsusi bir oyun olardı. Ancaq iş elə gətirdi ki, keçmiş komandam “Portadaun”la bacarmadı. Riqadakı cavab görüşünü görməsəm də, oradakı dostlarım yazırlar ki, “Skonto” bütün oyun boyu hücum etsə də, qol vura bilməyib. Rəqib isə öz şansından istifadə edərək, qələbə topunu vurub. Futbolda belə də olur. Riqalılar hər iki oyunda tam üstünlüyünə malik olsa da, mərhələni keçən onlar olmadı”.
Rubin müqavilə bağlamağa hazırlaşdığı “Qarabağ”ı “Portadaun”la görüşdə favorit sayır. Onun fikrincə, şimali irlandiyalıların bəxt limiti tükənib: “Əslində, “Qarabağ”a “Skonto” da düşsəydi, keçmək şansı yüksək idi. Çünki “Qarabağ”ın heyəti güclüdür, yaxşı futbolçulara malikdir. Beynəlxalq təcrübəsi də böyükdür ki, bu da vacib amildir. Futbolda hər dəfə bəxti gətirməyəcək ki... Mən “Potradaun”un “Skonto”nu bəxt hesabına keçdiyini düşünürəm. Əlbəttə, “Qarabağ”ın yenə mərhələ keçmək şansı yüksəkdir. Hesab edirəm ki, komanda “Portadaun”u mütləq keçməlidir”.
Mehman SÜLEYMANOV

0
0