Sakit Alıyev baxışa gələnlərdən narazıdır
09.07.2010 - 13:25
“Məşqlərimiz planauyğun şəkildə davam edir. Hər gün baxışa yeni futbolçular gəlir. Təbii ki, onların hamısı əcnəbilərdir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.
Hazırlığını Tovuzda həyata keçirən “Turan” fiziki çalışmalara üstünlük verir. Eyni zamanda heyətini komplektləşdirməyə çalışan qərb təmsilçisi legioner futbolçuları baxışdan keçirir. Alıyev artıq 4 gürcü oyunçunun düşərgəyə təşrif buyurduğunu bildirməklə yanaşı, onların hazırlığından narazı olduğunu da gizlətməyib: “Hazırda 4 gürcü futbolçunu sınayıram. Ancaq etiraf edim ki, gələnlər çox zəifdir. Onlardan hələlik birinin hazırlığı məni qane edir. Axşam ikitərəfli oyunda yenidən həmin oyunçuları sınayacağam. Cavan uşaqların yanında cılız görünürlər”.
Baş məşqçi bildirib ki, Latviyaya iyulun 20-də yola düşəcəklər və orada 12 gün hazırlıq keçəcəklər.

0
0