Moldova kabusu
09.07.2010 - 15:20
Azərbaycan klubları üçün avrokuboklarda “Moldova kabusu” davam edir. Apasport.az saytının hesablamalarına görə, təmsilçilərimiz qitə miqyaslı turnirdə bu ölkənin komandalarına iki oyunun nəticəsinə əsasən həmişə uduzur. Bu uğursuz seriyanın əsası 5 il öncə “Xəzər-Lənkəran”ın “Nistru” ilə görüşündə qoyulub.
Cənublular maddi imkanlarına görə xeyli üstün olduğu Ataki təmsilçisinə hər iki görüşdə uduzdu. “Xəzər-Lənkəran” həm bunun əvəzini çıxmaq, həm də Moldova sindromunu qıran ilk klub kimi tarixə düşmək üçün yaxşı fürsət əldə etmişdi. Ancaq hər iki görüşdə heç-heçə Ağasəlim Mircavadovun yetirmələri evdə buraxdıqları qol ucbatından II mərhələdən kənarda qaldı.
Klublarımız arasında moldovalılarla görüşdə ən yaxşı göstəriciyə “Bakı” imza atıb. Hər halda, “zolaqlılar” “Daçiya”ya meydandakı mübarizə nəticəsində yox, oyun sonrası penalti zərbələri ilə uduzub. “Qarabağ” da “Bakı” kimi moldovalılarda oyunlarda əsas vaxtda 1:1 hesablı bərabərliyə qalıb. Ancaq ağdamlılar “Şəfa” stadionundakı cavab görüşündə əlavə vaxtda buraxdığı qolla yenilərək, mübarizəni dayandırdı.
Fakt odur ki, klublarımız maddi imkanlarına görə Moldova təmsilçilərini qat-qat üstələsə də, uğursuzluğa düçar olur. Püşk hər dəfə onları bizə rəqib edəndə, istər-istəməz sindrom yada düşür. Əfsuslar olsun ki, bu, qırılmaq bilmir ki, bilmir və moldovalılar daim qələbəni bayram edir.
Azərbaycan klublarının Moldova təmsilçiləri ilə avrokuboklarda oyunları
2005/06 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
14 iyul. Kişinyov. “Nistru” – “Xəzər-Lənkəran” – 3:1
Qol: Zaur Ramazanov
28 iyul. Bakı. “Xəzər-Lənkəran” – “Nistru” – 1:2
Qol: Samir Əliyev
2006/07 mövsümü
İntertoto kuboku, I mərhələ
17 iyun. İmişli. “MKT-Araz” – “Tiraspol” – 1:0
Marçel Reşikta
24 iyun. Tiraspol. “Tiraspol” – “MKT-Araz” – 2:0
UEFA kuboku, I mərhələ
13 iyul. Kişinyov. “Zimbru” – “Qarabağ” – 1:1
Qol: Samir Musayev
20 iyul. Bakı. “Qarabağ” – “Zimbru” – 1:1 (əlavə vaxtda – 1:2)
Qol: Samir Musayev
2007/08 mövsümü
İntertoto kuboku, I mərhələ
23 iyun. Bakı. “Bakı” – “Daçiya – 1:1
Qol: Maksim Andronik, öz qapısına
30 oyun. Kişinyov. “Daçiya” – “Bakı” – 1:1 (penaltilərlə - 3:1)
Qol: Amiran Muciri
2010/11 mövsümü
Avroliqa, I mərhələ
1 iyul. Kişinyov. “Olimpiya” – “Xəzər-Lənkəran” – 0:0
8 iyul. Lənkəran. “Xəzər-Lənkəran” – “Olimpiya” – 1:1
Qol: Allan Lalin
Mehman SÜLEYMANOV

0
0