Azərbaycan çempionu UEFA-ya yeni futbolçu sifariş etmədi
13.07.2010 - 14:30
Azərbaycan çempionu UEFA-ya yeni futbolçu sifariş etmədi
Azərbaycanı Çempionlar Liqasında (ÇL) təmsil edən Bakının “İnter” klubu UEFA-ya göndərdiyi iştirak ərizəsində dəyişiklik etməyib. Klubun baş menecerinin müavini Kamran İsmayılov apasport.az saytına açıqlamasında oyuna bir sutka qalmış yeni futbolçu sifariş etmədiklərini bildirib.

UEFA-nın qaydalarına görə, klubların belə hüququ olsa da, çempionumuz bundan yararlanmayıb. Bununla da “İnter”in iştirak ərizəsində əvvəlki tək 24 futbolçu var. İsmayılovun sözlərinə görə, düşərgələrində olan bolqar müdafiəçi Daniel Genovla hələ rəsmi müqavilə imzalanmayıb.

Qeyd edək ki, komandanın baş məşqçisi Kaxaber Sxadadze sərəncamında olan futbolçulardan 3-nü – litvalı müdafiəçi Paulius Paknis, yeni transferlər Camal Məmmədov və Baçana Sxadadzeni sifariş etməyi lazım bilməyib. Gürcü çalışdırıcının oğlu olan 23 yaşlı Baçananın Bolqarıstanda hazırlıq prosesində keçirilən yoxlama oyununda aldığı zədə Polşanın “Lex” klubu ilə ÇL-nin II təsnifat mərhələsi oyunlarda meydana çıxmasına imkan verməyib.

“İnter”in UEFA-ya göndərdiyi iştirak ərizəsi

Qapıçılar: 1. Georgi Lomaya, 42. Səlahət Ağayev, 72. Anar Məhərrəmov

Müdafiəçilər: 4. Danildo Assioli, 44. Valeri Abramidze, 15. Vladimir Levin, 88. Kaxaber Mjavanadze, 5. Jivko Jelev, 18. İlya Kandelaki, 21. Arif Daşdəmirov, 84. Joze Maçado, 6. Dmitri Kruqlov

Yarımmüdafiəçilər: 8. Aleksandr Çertoqanov, 13. Bronislav Çervenka, 19. David Odikadze, 11. Tofiq Mikayılov, 14. Petar Zlatinov, 9. Rövşən Əmiraslanov, 7. Nizami Hacıyev, 23. Şəhriyar Rəhimov

Hücumçular: 32. Robertas Poşkus, 20. Girts Karlsons, 17. Səbuhi İsmayılov, 16. Elnur Abdullayev