Şahin Diniyevin komandası Rusiya kubokundan darmadağınla kənarlaşdırıldı
13.07.2010 - 15:02
Azərbaycanlı mütəxəssis Şahin Diniyevin məşqçisi olduğu Qroznının “Terek” klubu Rusiya kubokunda ağır məğlubiyyət alıb. Apasport.az saytının məlumatına görə, “Terek” bu gün turnirin 1/16 final mərhələsində Novosibirskin “Luç-Enerji” klubu ilə səfərdə keçirdiyi oyunda darmadağın olunub - 0:4.
Bununla da Premyer Liqa təmsilçisi birinci divizion komandası ilə görüşdə acınacaqlı məğlubiyyət alaraq, ölkə kubokunda mübarizəni dayandırıb. Rusiyada qaydaya görə, qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşir.

0
0