“Olimpiya”ya “Xəzər-Lənkəran”ı keçdiyinə görə 15 min dollar mükafat verildi
13.07.2010 - 15:11
“Xəzər-Lənkəran” klubunu Avroliqada mübarizədən kənarlaşdırmaq Moldovanın “Olimpiya” komandasını 15 min dollar irəli salıb. Apasport.az saytının məlumatına görə, avrokuboklarda debüt mövsümündə mərhələ adlayan bürünc mükafatçının futbolçularına ümumilikdə 15 min dollar mükafat verilib. İndi “Olimpiya”nı II mərhələdə daha güclü rəqib - Buxarest “Dinamo”su ilə sınaq gözləyir. Əgər moldovalılar onu da keçərsə, qazancları daha 5 min artacaq.
Rumıniyalı həmkarlarımız “Olimpiya” ilə “Dinamo”nun Kişinyovdakı görüşünə az qaldığı bir vaxtda iki klubun maddi durumunu müqayisə edib. Beltsı təmsilçinin sahibi Sergey Kiselev klubunu 5 milyon avro qiymətləndirsə də, rumınlar büdcənin heç 1 milyon dolları aşmadığını bildirir. Onların sözlərinə görə, böyük maliyyə dayağı olmayan “Olimpiya”nın futbolçuları qəpik-quruş alırlar. Belə ki, komandada ən yüksək məbləğli müqavilə Aleksandr Keltulyanenindir. Onun bir mövsümə 7200 dollar aldığını nəzərə alsaq, aylıq maaşı cəmi 600 dollardır. Bu da nəinki yaxşı malik imkanları olan “Xəzər-Lənkəran”, ümumiyyətlə, klublarımızla müqayisədə gülməli məbləğdir. “Dinamo”nun ən bahalı futbolçusu isə tanınmış hücumçu Marius Nikulaedir. O, 280 min avro illik məvaciblə komanda yoldaşları arasında liderdir. Düzdür, məşqlər zamanı Moldova klubunun dayanacağında futbolçuların “Mercedes”, BMW, “Audi” kimi yaxşı markalı avtomobilləri dayansa da, onların hamısı işlənmiş maşınlardır.
Qeyd edək ki, “Olimpiya” hər iki oyunda (evdə 0:0, səfərdə 1:1) heç-heçə etdiyi “Xəzər-Lənkəran”ı rəqib meydanında vurduğu qol hesabına yendi.

0
0