Polşalı futbolçular Milli Parkda - FOTO
13.07.2010 - 15:15
Polşalı futbolçular Milli Parkda - FOTO
Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək ilk oyununda Azərbaycan çempionu “İnter”lə qarşılaşacaq Polşanın “Lex” klubu ölkəmizdəki vaxtını boşa vermir.

Apasport.az saytının məlumatına görə, poznanlılar oyundan əvvəl Milli Parkı gəzməyə qərar verib. Bakının istisindən əziyyət çəkən polşalıların bu gəzintisi cəmi 20 dəqiqə sürüb. Şəhərimizin qonaqları dənizin kənarında özlərini daha yaxşı hiss ediblər. Belə ki, polşalılar şəhərlə müqayisədə Milli Parkda nisbətən sərin olduğunu bildiriblər.