Azərbaycan futbolçuları qrupda ikinci oldu
13.07.2010 - 16:18
Çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsinin qrup oyunları bu gün başa çatır. Apasport.az saytının məlumatına görə, İtaliyanın Bibiano şəhərində təşkil olan yarışın iştirakçıları arasında olan Azərbaycan milli komandasının yer aldığı F qrupunda mübarizəyə yekun vurulub.
Qrupun sonuncu matçında Çexiyanı məğlub edən Fransa yığması 1/8 finala 100 faizli nəticə ilə çıxıb. Emil Cabbarovun yetirmələri isə qrupda II yeri tutaraq Avropa zonasının 16 ən güclü komandası arasına vəsiqə əldə edib.
Qeyd edək ki, 1/8 final oyunları iyulun 15-də keçiriləcək.

1 | Fransa | 3 | 3 | 0 | 0 | 26-11 | 9 |
2 | Azərbaycan | 3 | 2 | 0 | 1 | 22-16 | 6 |
3 | Çexiya | 3 | 1 | 0 | 2 | 16-18 | 3 |
4 | Qazaxıstan | 3 | 0 | 0 | 3 | 5-24 | 0 |
0
0