Beraya “Turan”a qayıdır
13.07.2010 - 16:32
Yeni mövsüm ərəfəsində heyətini komplektləşdirməyə çalışan “Turan” baxışa daha 3 legioner dəvət edib. Apasport.az saytının məlumatına görə, Sakit Alıyevin sınadığı əcnəbilərdən ikisi Azərbaycan futbolsevərlərinə yaxşı tanışdır. Bunlar İrakli Beraya və Vladimir Uqrexelidzedir.
Gürcüstanlı legionerlərin hər ikisi vaxtilə klublarımızın şərəfini qoruyub. İrakli “Gəncə”, “Qarabağ” və elə indi düşərgəsində yer aldığı “Turan”ın şərəfini qoruyub. 26 yaşlı hücumçu hətta 21 yaşadək futbolçulardan ibarət milli komandamıza namizədlər sırasında da yer alıb.
Onun həmyerlisi Vladimirin ölkəmizdə milliləşdirilməsi gündəmə gəlməsə də, “Sioni”də oynadığı vaxt Çempionlar Liqasında “Bakı”nın qapısına vurduğu qolla diqqəti cəlb etmişdi. Bolnisi təmsilçisindəki baş məşqçisi, indi Azərbaycan çempionu “İnter”ə rəhbərlik edən Kaxaber Sxadadzenin “Standard”ı çalışdırdığı vaxtda ölkəmizə transfer olunan gürcü bir müddət paytaxt təmsilçisinin şərəfini qoruyub.
Alıyevin sərəncamında olan yeni ad isə Eduard Tomaçovdur. Moldovalı hücumçu karyerasının çox hissəsini vətənində keçirib. O, müxtəlif illərdə “Zimbru”, “Daçiya” və “Akademiya”nin formasını geyinib.

0
0