Həmyerlimizə yeni təyinat
13.07.2010 - 17:00
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunlarında azərbaycanlı UEFA nümayəndəsi də iştirak edəcək. Apasport.az saytının məlumatına görə, AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə cari mövsümdə ikinci dəfə analoji yarışa təyinat alıb. Həmyerlimiz iyulun 22-də Tbilisi şəhərində keçiriləcək «Dinamo» (Tbilisi) və «Gefle» (İsveç) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, Hüseynzadə iyulun 8-də Avropa Liqasının I təsnifat mərhələsinin “Zalaeherseq” (Macarıstan) - “Tirana” (Albaniya) arasında keçirilən cavab matçında da eyni funksiyanı yerinə yetirmişdi.
Mənbə: affa.az

0
0