Yatsek Zelinski: Hesabi “İnter” açsaydı da uduzmayacaqdıq
13.07.2010 - 21:35
“Bu yolun yarısıdır. Qarşıda cavab oyunu var. Səfərdə 1:0 hesabı ilə qalib gəlmək yaxşı nəticədir”. Apasport.az-ın xəbərinə görə, bu sözləri Polşanın “Lex” klubunun baş məşqçisi Yatsek Zelinski deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Azərbaycan çempionu “İnter”i 1:0 hesabı ilə məğlub edən poznanlıların çalışdırıcısı matçdan sonrakı mətbuat konfransında razılığını gizlətməyib: “Biz hesabı açandan sonra “İnter” aqressiv oynadı və üstünlüyə yiyələndi. Hesabı onlar açmış olsaydı, biz aqressivlik göstərəcəydik, Bakıdakı oyunda uduzmayacaqdıq”.
Hələ “Qrotslin”i çalışdırarkən “MKT-Araz”la oynamaq üçün Bakıya gələn Zelinski 3 il ərzində baş verən dəyişikliklərdən də danışıb: “Bu müddətdə Azərbaycan futbolununinkişaf etdiyi göz qabağındadır. Şəhəriniz də xeyli gözəlləşib”.

0
0