Kaxaber Sxadadze: Biz kənd komandasına uduzmamışıq
13.07.2010 - 21:47
“Qol imkanlarımız oldu. Lakin istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. O, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb.
Sxadadze Polşanın “Lex” klubuna məğlubiyyətin o qədər də acınacaqlı olmadığını bildirib: “İkinci hissənin əvvəlində konsentrasiyanı itirdik. Bununla belə yenə qol vura bilərdik. Lakin təcrübəli hücumçumuz Robertas Poşkus əlinə düşən şansı qaçırdı. Əsas problem bununla bağlıdır. Həm də ki, biz kənd komandasına uduzmadıq”.
Qeyd edək ki, “Lex” Azərbaycan çempionunu 1:0 hesabı ilə məğlub edib.

0
0