“Qızıl xallar” prinsipinin ləğvi nə deməkdir?
13.07.2010 - 22:09
Bu gün AFFA-nın İcraiyyə Komitəsi Premyer Liqanın yeni mövsümünün formatı ilə bağlı qərar qəbul edib. Son mövsümdə olduğu kimi keçiriləcək yeni çempionatda “Qızıl xallar” prinsipi ləğv olunacaq. Apasport.az saytı bu qərara aydınlıq gətirərək Premyer Liqamızın necə keçiriləcəyini müəyyənləşdirib.
Belə ki, yenə 12 komandanın iki mərhələdə mübarizəsinə şahid olacağıq. İki dövrəlik I mərhələdən sonra iştirakçılar tutduqları yerlərə əsasən iki altılığa bölünüb daha iki dövrədə münasibətlərini aydınlaşdıracaq. Elə ləğv olunan “Qızıl xallar” da ikinci mərhələdən işə düşürdü. Komandalar birinci mərhələdə topladığı belə xallarla mübarizəni davam etdirirdi.
“Qızıl xallar”ın sadəcə ləğv olunmasından danışmaq isə qeyri-müəyyənlik yaradır. Belə ki, bu prinsipin işləməyəcyi halda iki variant mümkündü.
Birincisi, komandalar 1992-ci ildəki çempionatda olduğu kimi ilk mərhələdə yığılan xalların hamısı saxlanılmaqla mübarizəni davam etdirəcəklər.
İkincisi isə, 1998/99 mövsümündə olduğu kimi hər şey sıfırdan başlayacaq.
Apasport.az-ın məlumatına görə, 2010/11 mövsümündə 1-ci varianta üstünlük veriləcək.

0
0