Zlatinov bəxtsizlikdən şikayətlənir
13.07.2010 - 22:27
Zlatinov bəxtsizlikdən şikayətlənir
“Lex”lə qarşılaşmada yaxşı oynadıq. Lakin qələbə qazanmaq üçün bizə uğur çatmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Petar Zlatinov deyib.

Bolqarıstanlı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsinin Polşa çempionu “Lex”lə oyunundan sonra bəxtsizlikdən şikayətlənib: “Yeganə səhvimiz imkanları qola çevirə bilməməyimizdir. Həm də polşalıların qapıçısı yaxşı oynadı. Lakin qarşıda hələ səfər oyunumuz var”.

Qeyd edək ki, öz meydanında “Lex”ə 0:1 hesabı ilə uduzan “İnter” cavab oyununu iyulun 21-də keçirəcək.