Meydan sahiblərinin günü: Sensasiya Maltadan gəldi
14.07.2010 - 09:39
Meydan sahiblərinin günü: Sensasiya Maltadan gəldi
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, baş tutan 11 görüş meydan sahiblərinin aşkar üstünlüyü ilə keçib. Qonaqlar yalnız 2 qələbə və 1 heç-heçəyə seviniblər.

Qeydə alınan 5 böyük hesablı nəticədən 4-ü də meydan sahiblərinin hesabındadır. Onlardan 3-ü ilk matçda 5 qol vurmağa nail olub. Bunlardan birində isə Çempionlar Liqasının ilk pokeri qeydə alınıb. İsrailin “Makkabi” klubunda çıxış edən Lala cəmi 31 dəqiqəyə 4 qol vurmağa nail olub.

Günün ən böyük sensasiyası isə Maltada yaşanıb. “Birkirkara” heç kimin gözləmədiyi halda Slovakiya çempionu “Jilina”nı məğlubiyyətə uğradıb - 1:0. Bu hesab günün ən populyar nəticəsi olub. Belə ki, Bakıda keçirilən “İnter” - “Lex” matçında qonaqların qalib gəlməsini də nəzərə alsaq, 11 görüşdən 5-də 1 qol vurulub.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar


“İnter” (Azərbaycan) – “Lex” (Polşa) – 0:1

Vixnyarek, 46

“Birkirkara” (Malta) – “Jilina” (Slovakiya) – 1:0
Vukanats, 2

“Metallurq” (Latviya) – “Sparta” (Çexiya) – 0:3
Kadlets, 37, Vilfrid, 51, 58

“Austriya” (Zalsburq, Avstriya) – “Torshavn” (Farer adaları) – 5:0
Sarate, 21, Yanker, 43, Ulmer, 46, Valner, 63, Hierlander, 80

“Levadiya” (Estoniya) – “Debretsen” (Macarıstan) – 1:1
Neemelo, 58 – Rezeş, 90

AİK (İsveç) – “Jeness” (Lüksemburq) – 1:0
Enqblom, 57

“Liteks” (Bolqarıstan) – “Rudar” (Çernoqoriya) – 1:0
Popov, 8

“Omoniya” (Kipr) – “Renova” (Makedoniya) – 3:0
Konstantinou, 7-pen., 63, Davidson, 31

“Hapoel” (Tel-Əviv, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) – 5:0
Lala, 10, 28, 30, 41, Şivon, 13

“Dinamo” (Xorvatiya) – “Koper” (Sloveniya) – 5:1
Manjukiç, 31, 63Slepiçka, 38, Sammir, 77, Etto, 82 - Bubanya, 11

“Bohemians” (İrlandiya) – TNS (Uels) – 1:0
Brennan, 68