Mahir Şükürovun rəqibi çayda boğuldu
14.07.2010 - 10:05
Mahir Şükürovun rəqibi çayda boğuldu
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun heyətində yer aldığı Mahaçqalanın “Anji” klubunun Rusiya kubokunun 1/16 final mərhələsində “Pskov-747” komandası ilə bugünkü səfər oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin faciəli şəkildə həlak olan oyunçusu Anton Senkeviçin xatirəsi yad olunacaq. 31 yaşlı futbolçu ötən cümə çayda boğularaq ölüb. “Pskov-747”nin futbolçuları oyuna qara sarğı ilə çıxacaq.