Vixnyarek: Bəzi oyunçularımızın qaçmağa halı qalmamışdı
14.07.2010 - 12:06
“Bu gün komandama kömək etdiyim üçün çox sevinirəm. “İnter” üzərində qələbə heç də asan başa gəlmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Artur Vixnyarek deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda vurduğu qolla Bakının “İnter” klubu üzərindəki qələbənin “memar”ı olan hücumçu matç haqda fikirlərini açıqlayıb.
Uzun illər Almaniyanın “Herta” klubunda çıxış edən polşalı vətənə qayıdışını qolla qeyd etdiyinə görə sevindiyini bildirib: “Lakin biz Bakıda bizə asan olmayacağını əvvəldən bilirdik. Söhbət heç də futbol baxımından getmir. Fiziki baxımdan çox ağır oldu. Biz Azərbaycanda isti olacağını gözləyirdik, lakin bu dərəcədə yox. Artıq 70-ci dəqiqədən sonra bəzilərimizin bu havada qaçmağa halı da qalmamışdı”.
Vixnyarekin sözlərinə görə, Bakıda qazanılan 1:0 hesablı qələbə III mərhələyə vəsiqə demək deyil: “Lakin ümumilikdə oyuna nəzarəti əlimizdə saxlamışdıq. Bir neçə səhvə yol versək də, sonda istəyimizə çatdıq. Minimal hesablı qələbə hələ heç nə demək deyil. Qarşıda cavab oyunu var və biz arxayınlaşmaq niyyətində deyilik. Poznandakı matçın elə ilk dəqiqələrində cütün taleyinə aydınlıq gətirmək istəyirik”.
Qeyd edək ki, “İnter” və “Lex” arasında cavab oyunu iyulun 21-də keçiriləcək.

0
0