Azərbaycan yığması FİFA-nın reytinqində 3 pillə irəlilədi
14.07.2010 - 12:55
FİFA növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ötən reytinqlə müqayisədə 3 pillə irəliləyib. 106-cı pilləyə yüksələn milli komandamızın hesabında 266 xal var. UEFA-nın reytinqində 55-ci olan yığmamız bundan əvvəlki iki reytinqdə 109-cu pillədə idi. Berti Foqtsun çalışdırdığı millimiz son oyunlarını Avstriyada təlim-məşq toplanışında olub. Oradakı yoldaşlıq görüşləri çərçivəsində Moldova (1:1) və Hondurasla (0:0) heç-heçə edən komandamız Makedoniyaya uduzub – 1:3.
Yığmamızın Avro-2012-də rəqiblərindən Almaniya (1466 xal) 6-cı pillədən 4-ə, Türkiyə (810 xal) 29-dan 28-ə, Belçika (589 xal) 59-dan 48-ə, Avstriya (536 xal) 68-dən 60-a, Qazaxıstan (189 xal) 129-dan 126-ya yüksəlib. Foqtsun komandasının növbəti oyunu avqustun 11-də Bakıda Küveyt yığması ilə yoldaşlıq görüşü olacaq. Qarşıdakı rəqibimiz də (365 xal) FİFA-nın reytinqində irəliləyib - 97-dən 85-ə.
Qeyd edək ki, İspaniya yığması (1883 xal) ilk dünya çempionluğu ilə liderliyini qaytarıb. Gümüş medalçı olan Hollandiya millisi (1659) 2-ci, uzun müddətdir reytinqə başçılıq edən Braziliya yığması (1536 xal) isə 3-cü yerdə qərarlaşıb.

0
0