Premyer Liqamızın bombardiri Ukraynanın birinci dəstəsində oynayacaq
14.07.2010 - 13:48
Bakının “Olimpik-Şüvəlan” klubu mövsüm bitəndən sonra yollarını ayırdığı moldovalı futbolçu Anatoli Doroş nəhayət, özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, bir neçə cəhdi boşa çıxan 26 yaşlı hücumçunun Ukraynanın “Çernomorets” klubuna keçidi rəsmiləşib. Bununla da Doroş İmişlinin “MKT-Araz” klubunda olduğu kimi, Odessa təmsilçisində də İqor Nakoneçnının rəhbərliyi altında oynayacaq.
Ukraynalı mütəxəssis yaxşı tanıdığı futbolçuya güvənir: “Bu gün yeni futbolçularımız təqdim olundu. Bunlar müdafiəçi İqor Buryak, yarımmüdafiəçi Maksim Truseviç və hücumçu Anatoli Doroşdur. Çempionatın gedişində müdafiədə daha bir mövqeyə futbolçu axtarışımızı davam etdirəcəyik. “Çernomorets” yalnız heyətin güclənməsi və hər futbolçunun meydanda əzmkarlığı sayəsində Premyer Liqaya qayıda bilər. Bir neçə məqamı nəzərə almasaq, mövsümə hazırlıq kifayət qədər normal səviyyədə keçdi. Biz yaxşı yoxlama oyunları keçirdik”.
Qeyd edək ki, 2006-cı ilin yayında ölkəmizə gələn Doroş “MKT-Araz” və “Olimpik-Şüvəlan”la yanaşı, “Standard” və “Karvan”da oynayıb. Moldova yığmasının üzvü ilk dəfə Azərbaycanı tərk edən zaman da birinci liqaya üz tutmuş, Rusiyanın “Volqa” klubuna keçmişdi. Anatoli vurduğu 12 qolla ötən mövsüm Premyer Liqamızın bombardirlər siyahısında yalnız yığmamızın hücumçusu Fərid Quliyevdən geri qalmışdı.

0
0