“Buduçnost” Bakıya təyyarə gözləyir
14.07.2010 - 16:42
“Buduçnost” Bakıya təyyarə gözləyir
Avropa Liqasının II təsnifat mərhələsində “Bakı” ilə qarşılaşacaq Çernoqoriyanın “Buduçnost” klubunun ölkəmizə səfəri hələ də başa çatdıra bilməyib.

Apasport.az saytının məlumatına görə, Bakıya gələnədək 3 təyyarə dəyişməli olan çernoqoriyalılar artıq Türkiyədədirlər. Rəqib futbolçular İstanbul hava limanında ölkəmizə uçan təyyarəni gözləyirlər. Onların bu həsrəti təxminən bir saat çəkəcək. Belə ki, çernoqoriyalıları Bakıya gətirən təyyarə həmin vaxt Türkiyəni tərk edəcək.

Qeyd edək ki, sabah keçiriləcək “Bakı” - “Buduçnost” oyunu saat 21:00-da başlayacaq.