Azərbaycan yığmasında 6 legioner
15.07.2010 - 11:44
Azərbaycan yığmasında 6 legioner
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Adil Şükürov iyulun 18-dən 21-dək keçiriləcək təlim-məşq toplanışına qatılacaq futbolçuların siyahısını müəyyənləşdirib.

Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına stadionda baş tutacaq hazırlıqlarda 33 yaşlı çalışdırıcı 29 futbolçunu sınayacaq. Bu dəfə yığmadakı legionerlərin sayı 6-ya çatıb: Oruc Balaşlı (“Simurq”), Tural Məmmədli, Emil Balayev, Cavid Muxtarzadə, Məqsəd İsayev, Aslan Hüseynov, Taleh Kərimov, Samir Rüstəmli, Əyyub Əliyev, Haqverdi Yusifov (hamısı “Neftçi”), Rəşad Əzizov, Elşən Abdullayev, Fuad Bayramov, Azər Salahlı (hamısı “İnter”), Kamal Mirzəyev, Ülvi Qaçaylı (hər ikisi “Qəbələ”), Mahir İbrahimov, Mətin Əbilsoy, Vadim Abdullayev, Nurlan Əhmədov (hamısı “Bakı”), Elmixan Məmmədov (“Turan”), Teymur Quliyev, Samir İbrahimov (hər ikisi “Standard”), Elnur İsmayılov (“Daçiya”, Moldova), Tural Hümbətov, Azər Abbasov (hər ikisi “Zenit”, Rusiya), Əsgər Nəcəfəliyev (“Rubin”, Rusiya), Əmrah Şiriyev, Nurlan Şiriyev (hər ikisi “Rostov”, Rusiya)

Mənbə: affa.az