Ponomaryov “Neftçi”yə qarşı
15.07.2010 - 12:05
Bakının “Neftçi” klubunun Türkiyə toplanışındakı rəqiblərinin adlarına aydınlıq gəlib. Komandanın baş məşqçisi Arif Əsədovun apasport.az saytına verdiyi məlumata görə, iyulun 19-da Türkiyəyə yollanaraq orada təlim-məşq toplanışı keçirəcək paytaxt futbolçuları 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Neftçi”nin “Orduspor” və “Qaziantepspor”la qarşılaşacağı artıq dəqiqdir. Digər rəqibin “Konyaspor” olacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Anatoli Ponomaryov bakılıların rəqiblərindən biri olan “Orduspor”un şərəfini qoruyur. 28 yaşlı hücumçu artıq yarım ildir aşağı dəstə təmsilçisində çıxış edir.

0
0